Müasir və minimal üslubda hazırlanmış jurnal masası qonaq otağı üçün ideal seçimdir. Taxta teksturalı korpus və ağ dekorativ qapı dizayna zərif kontrast qatır. Açıq rəf hissəsi media qurğuları və ya kitablar üçün uyğundur, qapalı bölmə isə əlavə saxlama imkanı yaradır. Qara ayaqlar mebelə modern və yüngül görünüş verir.